Haqqımızda

CODELAB şirkəti 2022-ci ildə fəaliyyətə başlamışdır. Şirkətimiz qısa bir zamanda təsis edildiyinə baxmayaraq, bu sahədə uzun müddət çalışmış peşəkar mütəxəssislərdən ibarət kollektivə malikdir. Şirkətimiz “1C Müəssisə” proqram təmintının tətbiqi ilə ticarət, xidmət, tikinti, istehsal və biznesin istənilən sahələri üzrə maliyyə-mühasibat və idarəetmə proseslərinin avtomatlaşdırılmasını həyata keçirir. Bununla yanaşı həm də müxtəlif növ ticarət avadanlıqlarının quraşdırılması, IT və veb xidmətləri də göstərməkdədir. Bu gün CODELAB şirkəti "1C" firmasının rəsmi 1C:Fraçayzi olmaqla, "1C-Bitriks", "MOBI-C", "Pits", "Scanport" və "Effector" kimi şirkətlərin də rəsmi partnyorudur. Məqsədimiz müştəri məmnuniyyəti və peşəkarlıq prinsiplərini əsas tutaraq, müştərilərimizə yüksək səviyyəli, keyfiyyətli xidmət göstərməklə qarşılıqlı hörmət və inama əsaslanan uzunmüddətli,  sağlam əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir. Hədəflərimiz eynidir!