Tərəfdaşlar

Cleverence Soft

Cleverence Soft

"Cleverence" şirkəti ştrixkodlar və radiotezlik etiketləri üzrə mobil uçot sistemlərinin rusiyalı proqramçısıdır.

Artıq 17 ildir ki, "Cleverence" pərakəndə və topdansatış ticarətində, istehsalat müəssiələrində, neft şirkətlərində, həmçinin dövlət sektorunda biznes məsələlərinin həlli üçün proqramlar işləyib hazırlayır.

"Cleverence" proqram təminatı Rusiya bazarında təqdim olunan və məlumatların toplanmasının, markalanmasının və uçotunun mobil avtomatlaşdırılması məsələlərinin həlli üçün istifadə olunan müasir avadanlıqların əksər markaları ilə işləyir. Bu şirkətin əl terminalları, mobil printerlər və RFID-lər üçün proqram təminatı seqmentində davamlı olaraq yüksək pay saxlamaq üçün imkan verir.

 

Şirkətin vebsaytı: www.cleverence.ru

Procon ID&Data Coding

Procon ID&Data Coding

“Procon ID&Data Coding” Global CS alt şirkətidir. Şirkət hər keçən gün müştəri portfelini artıraraq informasiya texnalogiyaları sahəsində öz müstəsna yerini tutmuşdur. Ötən illərdə distributoru olduğu şirkətilərin etimadını doğrultmaqla yanaşı xidmət göstərdiyi müştərilərin də güvəndiyi və İT sahəsində həllərinə etibar edə biləcəyi bir quruma çevrilmişdir.

“Procon ID&Data Coding” şirkəti əsasən Videojet Technologies, BFT, Nice, Evolis, Neopost/PFE Kyocera, Motorola, Symbol, Star Micronics, Sewoo, PFE/Neopost, Hanasis və.s kimi bir çox aparıcı lider brendin mehsullarının satışını və servisini həyata keçirməkdədir.

Firmamız müştərilərinə projektlərdə dəstək, texniki dəstək, xidmət və həllərlə bağlı DEMO təqdimatları və hər gür artan müştəri məmmuniyəti ilə sektordakı bazar payını artırmaqdadır.

Firmamız qeyd olunan sahələrdə səmərəliliyi təmin edən, müştərinin tələbatına uyğun həllər təklif etməklə həm də bu həllərə dəyər qatmağı özünə hədəf seçmişdir.

Agent Plus

Agent Plus

Agent Plus" şirkəti istehsalçılar və distribyutorlar üçün mobil ticarətin və distribyusiyanın idarə edilməsi üzrə həllərin hazırlanması və tətbiqi ilə məşğul olur.

«Agent Plus» – ticarətin rahat və effektiv avtomatlaşdırılması üçün lazım olan məhsul və servislərin tam toplusudur.

12 il ərzində 18 ölkənin şirkətlərində FMCG distirbyusiyanın idarə edilməsi siteminin tətbiq edilməsi: Azərbaycan, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxstan, Qırğızıstan, Latviya, Moldova, Monqolustan, Rumıniya, Türkmənistan, Özbəkistan, Ukrayna, Estoniya, CAR.

Şirkətin məqsədi - avtomatlaşdırılmış etalon sisteminin tətbiqi hesabına gündəlik tələbat ərzaqlarının və mallarının distribusiya prosesinin idarə edilməsini maksimum səmərəli etmək.

OlChat

OlChat

Автоматизируйте продажи и консультируйте клиентовв WhatsApp прямо из CRM