1C:Müəssisə

1C:Müəssisə - Məhsullar və Lisenziyalar

1991-ci ildə təsis edilmiş “1C” firması biznes və şəxsi istifadə üçün nəzərdə tutulmuş kompüter proqramlarının hazırlanması, yayılması və dəstəklənməsi üzrə ixtisaslaşmışdır.

1C şirkətinin ərsəyə gətirdiyi proqram sistemlərindən biri  “1C: Müəssisə” proqram təminatı daha çox tanınır.

"1C: Müəssisə" proqram sistemləri müxtəlif sahələrdə, müxtəlif fəaliyyət növləri və maliyyə tipləri olan müəssisələrdə idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı "1C: Müəssisə" proqram sistemlərinə istehsal, ticarətservis müəssisələrinin kompleks avtomatlaşdırılması üçün həllər, holdinqlərin və ayrı-ayrı müəssisələrin maliyyələşməsinin idarə edilməsi üçün məhsullar, mühasibat uçotunun ("1C:Mühasibat" bir sıra ölkələrdə ən məşhur mühasibat proqramı), əmək haqqı uçotunun və kadr idarəçiliyinin aparılması üçün, büdcə təşkilatlarının uçotunun aparılması üçün "1C" şirkəti tərəfindən işlənib hazırlanmış müxtəlif sənaye və ixtisaslaşdırılmış həllər daxildir.

"1C:Müəssisə" sistemləri əsasən Rusiyada və MDB ölkələrində geniş yayılmışdır. Bir çox ölkələrin təşkilatları tərəfindən uğurla tətbiq edilir. Dünyanın 25-dən çox ölkəsində 600 çox şəhərlərində fəaliyyət göstərən "1C" şirkətinin 10 000-dən çox daimi tərəfdaşı olan şaxələnmiş Partnyor şəbəkəsi vasitəsilə öz istifadəçilərinə müraciət edir.

"1C" firması Microsoft, Kaspersky Lab, Eset, ABBYY, DrWeb, ASKON, PROMT, Entensys, Novosoft və s. kimi xarici və yerli istehsalçıların işgüzar proqram məhsullarının rəsmi distribyutorudur.

 

Proqram məhsulu haqqında daha ətraflı məlumatı Siz bu "1С" şirkətinin saytında ala bilərsiniz.