Rusiyanın "1C" firması 1991-ci ildə yaradılıb. "1C" firması işgüzar və məişət təyinatlı kompyuter proqramlarının hazırlanması, distribyusiyası, nəşri və dəstəyi üzrə ixtisaslaşıb.
1C tərəfdaş kodu: 60596-AZ
Firmanın vebsaytı: www.1c.ru
MOBI-C şirkəti öz fəaliyyətinə 1999-cu ildə 1C françayzi kimi başlamışdır. İri topdansatış mərkəzlərində 1C konfiqurasiyalarının uğurla işləyib hazırlamış və tətbiq etmişlər. Proqram təminatının işlənib hazırlanması ilə yanaşı müəssisələrin uçotunun kompleks avtomatlaşdırmasında və texniki dəstəyin göstərilməsində iştirak etmişlər. Müəssisələrdə mühasibat uçotunun tam şəkildə aparılması, mühasibat hesabatlığının hazırlanması, malların təmin edilməsinin avtomatlaşdırılması, müştərilərdən sifarişlərin qəbul olunması və s. işləri uğurla yerinə yetirmişlər. 2007-ci ildən başlayaraq isə MOBI-C proqramının işlənməsinə başlamışlar. Əvvəlcə müştərilərin real tələblərini və problemlərini öyrənməyə başlamışlar. Proqram məhsulunun yaradılmasında bütün diqqət onun sadə, anlaşıqlı olmasına, asan tətbiq olunmasına və daha aşağı maya dəyərinə formalaşmasına yönəldilmişdir. Nəticədə öz seqmentində lider mövqedə dayanan uğurlu proqram məhsulu alınmışdır.
Şirkətin vebsaytı: www.mobi-c.ru
Scanport şirkəti 17 ildir ki, uğurla inkişaf edir və istənilən sahə üzrə fəaliyyət göstərən müəssisələrin kompleks avtomatlaşdırılması üçün olan həlləri ilə mobil ticarət avadanlıqları bazarında lider mövqe tutur. Şirkətin imkanları dünyanın aparıcı brendlərinin sertifikatları ilə təsdiqlənmişdir. Uzun illər məhsuldar çalışmalar nəticəsində şirkətin Kalininqraddan Vladivastoka qədər 350-dən çox partnyor şəbəkəsi formalaşmışdır. Scanport şirkəti Rusiya ərazisində ticarət avadanlığı təchizatçıları və avtomatlaşdırma şirkətləri ilə işləməkdədir.
Şirkətin vebsaytı: www.scanport.ru
"Effector" şirkəti 2006-cı ildə yaradılıb və proqram təminatının işlənib hazırlanması və tətbiqi ilə məşğul olur. Şirkətin aktivində aşağıdakı istiqamətlərin məhsulları var:
Şirkətin vebsaytı: https://mixbackup.com/
PITS LLC müxtəlif İT sistemlərinin layihələndirilməsi, tətbiqi və dəstəklənməsi üzrə ixtisaslaşmış, yüksək səviyyəli müştərilərə məsləhət və peşəkar xidmətlər göstərən dinamik inkişaf edən İT şirkətidir. İt İdarəçiliyi , kiçik və orta biznesin dəstəklənməsi üzrə xidmətləri təqdim edir. Layihələrin həyata keçirilməsi, bütün növ şəbəkələrin xidməti və dəstəyi ilə bağlı məsləhətlərin verilməsi onların əsas qüvvəsidir.
Şirkətin vebsaytı: www.pits.az