Vacancy

1C mütəxəssis-məsləhətçi

Tələblər:

  • 20-35 yaş aralığında, kişi və qadın;
  • Ali/natamam ali təhsil (Texniki və iqtisadiyyat);
  • Fərdi kompüterdən istifadə etmək üçün baza bacarıqlarına malik olmalı;

İşin təsviri:

  • 1C: Müəssisə proqram məhsulları üzrə müştərilərdən daxil olan sorğuların cavablandırılması;
  • Müştərilərdən daxil olan sorğular əsasında proqramçılara texniki tapşırıqların hazırlanması;
  • Müştərilərin serverlərində 1C bazalarının günlük və aylıq olaraq avtomatlaşmış ehtiyat nüsxələrin yaradılması prosesinə nəzarət, sınaq və korreksiya işlərinin aparılması;
  • 1C: Müəssisə proqram məhsullarının tətbiqi üzrə layihələrdə iştirak etmək;
  • Layihələrdə yeni proqram istifadəçilərinə təlimlərin keçirilməsi;
  • Proqram təminatı üzrə istifadəçilərə məsləhətlərin verilməsi;

İş şəraiti:

  • AR Əmək məcəlləsinə uyğun rəsmiləşmə;
  • 5 günlük iş qrafiki saat 10:00-dan 19:00-dək;
  • Artan əmək haqqı;
  • Mehriban kollektiv;
  • Mütəmadi olaraq əməkdaşların şirkət hesabına ixtisas artırma və sertifikatlaşdırma;

 

Bu sahədə 1 (bir) ildən yuxarı iş stajı olan Maliyyə-mühasibat, IT üzrə bilik və bacarıqlara malik namizədlərə üstünlük veriləcək.

 

Tələblərə uyğun gələn namizədlər öz CV-lərini “1C mütəxəssis-məsləhətçi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.