Prolink Caspian

“Prolink Caspian” şirkəti tikinti avadanlıqları, materialların yüklənib-boşaldılması və ehtiyat hissələrin təchizatı bazarında aparıcı mövqeyə malikdir və icarə, satış və servis xidmətləri əsnasında hər bir müştərinin tələbatına xüsusi diqqətlə yanaşır.
“Prolink Caspian” şirkəti keyfiyyətin təminatı üzrə ISO 9001:2008 saylı standart (Tikinti və yükləmə-boşaltma / yüklərin daşınması üzrə avadanlıqların satışı və satışsonrası xidmət standartı) əsasında qiymətləndirilərək sertifikat əldə etmişdir.

“Prolink Caspian” şirkətində servis xidmətlərinin təşkili üzrə kompleks yanaşma tərzinə keyfiyyətli satışöncəsi hazırlıq, zəmanət və satışsonrası xidmətlər, habelə texniki xidmət və ehtiyat hissələrin təchizatı daxildir.
Hazırda Azərbaycanın bütün regionlarından olan müştəriləri ən yüksək keyfiyyətli xidmətlərlə təmin etmək üçün Bakı şəhərində “Prolink Caspian” şirkətinin satış və servis mərkəzi fəaliyyət göstərir. 
“Prolink Caspian” şirkəti bütün texnika və avadanlıqlara zəmanət verir.
Həmçinin, şirkətimizin müştəriləri aşağıdakı üstünlüklərdən faydalana bilərlər: sərbəst qiymət siyasəti:topdan / pərakəndə satış qiymətləri və xüsusi qiymətlər (tədarük həcmindən asılı olaraq), müxtəlif ödəniş üsulları: kredit, icarə və ödəniş vaxtının uzadılması (əsas və daimi müştərilər üçün).
Müştərilərimizin siyahısına kiçik və orta həcmli biznes müəssisələri ilə yanaşı, ARDNŞ, “BP”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, “AS Group”, “Hidroinşaat”, “AKKORD”, “Gilan Holding”, “ZQAN Holding”, “McDermott”, “Halliburton”, CSS, “Aral Group”, SDL, “Lotos. Co Ltd.”, “Azərtunelsutikinti”, “Aikon CPIT”, “Evian Group”, MCG, “Azimport”, “Hidro Group” və s. kimi ən iri yerli və birgə müəssisələrin nümayəndələri daxildir.