Mars FK

Mars FK LTD şirkəti 1998-ci ildə Azərbaycan Respublikasında təsis edilmiş və həmin vaxtdan kənd təsərrüfatı sahəsində fəaliyyətə başlamışdır. 2009-cu ildə Kürdəmir rayonunun Karrar kəndində ümumi sahəsi 412 hektar olan nar bağı salınmışdır. Burada kənd təsərrüfatının inkişafı üçün əlverişli torpaq-iqlim şəraiti yaradılmış, bağçamızda 300 minə yaxın nar ağacı əkilmişdir. Azərbaycan, Türkiyə və İsraildən olan aqronomların birgə fəaliyyəti və yeni nəsil aqrotexniki vasitələrdən istifadə edilməsi bizə yüksək keyfiyyətli məhsul əldə etməyə imkan verir. müştərilərə tez çatdırmaq üçün təzə meyvələrin daşınması zamanı ən yeni texnologiyalardan istifadə edirik.