Müştərilər

Teleport

Teleport

Şirkət İnternet və İnternet-Televiziyası üzrə xidmətləri göstərir

Road Link

Road Link

Roadlink şirkəti avtomobil təkərləri, diskləri və akkumulyatorları satan kiçik satış nöqtələrindən peşəkar mərkəzlər şəbəkəsinə qədər uzun inkişaf yolu qət edib.

Roadlink.az = Peşəkarlarla asandır!

Roadlink şirkətinin təkər mərkəzlərinin rəflərində və mərkəzi anbarlarında dünyanın aparıcı istehsalçılarının bütün markaları üçün yüzlərlə populyar minik, yolsuzluq və yük avtomobilləri təkər modelləri, polad və yüngül lehimli avtomobil diskləri və akkumulyatorlar mövcuddur.

Davamlı təlim prosesi və rəhbərlikdən tutmuş adi işçiyə qədər istənilən səviyyədə olan əməkdaşlar tərəfindən icra edilən işlərin keyfiyyətinə tam nəzarət xidmətlərimizin yüksək keyfiyyətini təmin edir.

Sayt: roadlink.az

Coresoft MMC

Coresoft MMC

Müxtəlif sahələrdən olan onlarla veb-sayt tərtib edərək şirkətlərin, xəbər agentliklərinin, dövlət təşkilatlarının rəqəmsal düynada mövcudluğunu təmin edirik. Bizim üçün müştəri məmnunluğu vacibdir. Hər bir müştərinin sifarişinə öz biznesimiz kimi yanaşaraq müştərinin istək və arzularını virtual aləmdə canlandırırıq. Məqsədimiz təkcə müştəri bazasını artırmaq deyil, əsasən mövcüd müştərilərin məmnunluğunu təmin edərək uzunmüddətli əməkdaşlığa imza atmaqdır. Prinsipimiz ədalətli və düzgün olmaq, peşəkarlığı qorumaq, sürətli təhvil-təslim, yeniliklərlə xidmət çeşidlərimizi artırmaq, həqiqi qiymət təklif etmək və şirkəti daha da böyüdərək inkişaf etdirməkdir.

Gədəbəy Mineral Suları MMC

Gədəbəy Mineral Suları MMC

Gədəbəy rayonu yalnız tarixi və qədim abidələri ilə deyil, həm də gözəl iqlimi, səfalı bulaqları ilə də məşhurdur. Belə məşhur bulaqlardan biri də rayonun Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. Özünəməxsus xüsusiyyətlərə və müxtəlif faydalı minerallara malik bu bulağın suyu 2004-cü ildən Gədəbəy Mineral Suları MMC şirkəti tərəfindən “Gədəbəy” və “Slavyanka – 1” markaları ilə istehsala buraxılır. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü  ildən isə limonad fabriki fəaliyyətə başlamışdır.