İnci Laboratoriyaları klinik laborator diaqnostikanın bütün sahələri, o cümlədən Biokomya, Mikrobiologiya, İmmunologiya, Molekulyar genetika istiqamətləri üzrə xidmət göstərir, ən müasir nəzəri və praktik yenilikləri tətbiq edir.
Laboratoriya dünyanın istinad (qabaqcıl) mərkəzlərində istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar mövcuddur. EUCAST,CLSI və ISO kimi müstəqil qurumların keyfiyyət standartları əsas istiqamət götürülür. Bununla yanaşı, xidmətlərimizdən istifadə edən dəyərli pasiyentlərin təklif və tövsiyələri günbəgün inkişafımızda mühüm rola malikdir.
Sağlam Həyat Klinikası 2011-ci ildə ölkəmizin ikinci böyük şəhəri olan Gəncə şəhərində fəaliyyətə başlamışdır. Fəaliyyətimizin əsas hissəsini klinik laborator diaqnostikanın müxtəlif sahələri təşkil edir.
Əsası 2002-ci ildə qoyulmuş “Xəzər Elektron” MMC Azərbaycanın elektron və elektrik məhsulları bazarının satış və xidmət sahələrində qabaqcıl şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət istiqaməti elektron və elektrik avadanlıqlarının satışı, quraşdırılması, texniki xidməti və çatdırılmasıdır. Avropa standartlarına uyğun məhsulları Azərbaycan bazarına gətirən şirkətimiz bu günə qədər öz fəaliyyətini uğurla davam etdirməkdədir.
“Körpü-Bina-Tikinti” MMC (“KBT” MMC ) 2001-ci ildə təsis edilmişdir. Dünyanın qabaqcıl texnologiyalarının istehsalatda tətbiqi, xarici əlaqələrin düzgün qurulması, işə istedadlı mühəndis və fəhlə kadrlarının cəlb edilməsi nəticəsində “KBT” MMC böyük tikinti müəssisəsinə çevrilmişdir. Bugün “KBT” MMC Azərbaycanda xarici firmalarla müvəffəqiyyətlə rəqabət aparan və güclü bazaya malik olan nəhəng tikinti təşkilatıdır. Azərbaycanda sənaye obyektlərinin, yaşayış binalarının, körpülərin, tunellərin,yeraltı piyada keçidlərinin, neft kəmərlərinin, su kanallarının, yanacaqdoldurma stansiyalarının (YDS), istilik elektrik stansiyalarının (İES) tikintisi, dəmir yolarının çəkilməsi, torpaq işləri, bünövrələrin qoyulması, svay işlərini və s. həyata keçirməkdədir.